Wednesday, November 2, 2016

Ailə TV yeni IPTV Player cihazını təqdim edir!

Ailə TV dünyanın istənilən yerində kabelsiz və antensiz, İP TV xidməti təqdim edir. Qoşulmaq üçün internet və Ailə TV Player cihazının olmaslı kifayətdir.
Minimum 2 Mbit/s itenternetlə Ailə TV Player-i televizora qoşub, 200-dək TV kanal izləmək olar. Bu TV kanalların bir-çoxu üçün, 3 günlük təkrar izləmə imkanı da var.
Yeni Ailə TV Player cihazı android 5.1 əməliyyat sistemində çalışır və sələfindən fərqli olaraq bir neçə üstünlüklərə malikdir.
Bu üstünlüklərdən 4K keyfiyyətli video görüntün dəstəklənməsi, iki dəfə daha artıq (8 GB flash yaddaşa və 4 usb çıxışa malik olması), SPIDF – ev kinoteatrı texnologiyasının dəstəklənməsi imkanlarını qeyd etmək olar. Yeni Ailə TV Player cihazları əvvəlkilərdən fərqli olaraq android tv interfeysinə uyğun hazırlanıb ki, bu da istifadəçilər üçün daha üstün komfortu və funksionallığı təmin edir.
Ailə TV Playerlə abunəçilər sevimli TV kanalları dünyanın hər yerində izləyə bilərlər. Kabel və sputnik televiziyalarından istifadə etmək imkanı olmayanlara bu xüsusilə əlverişli bir həll yoludur.
Ailə TV player-i Ailə TV filiallarından, Music Gallery, Kontakt Home və Maxi.Az elektronika mağazalarından əldə etmək olar. Eləcə də 012 920 qaynar xəttinə zəng edərək də sifariş vermək mümkündür.
Qiyməti 59 AZN olan Ailə TV Playerlə abunəçilər ilk 3 ay 200-dək TV kanalı PULSUZ izləyəcəklər. Daha sonra isə 200 TV kanal izləmək üçün aylıq abunə haqqı 10 AZN təşkil edir.
Abunə haqqlarını posterminallar, Ailə TV filialları və ya aile.tv, goldenpay.az, hesab.az saytlarında onlayn keçirmək mümkündür.

Thursday, January 21, 2016

"Ailə TV"nin arxivi. İcmal

"Mən televizora baxmıram" – yəqin ki, bu kəlməni eşitməyən insan artıq qalmayıb. Əksəriyyət televiziya izləməyi minimuma endirib lakin səbəb o deyil ki, televiziyada baxamağa heçnə yoxdur. Sadəcə olaraq indiyənədək televiziyanın vaxtdan asılı olması, istədiyiniz verilişi, filmi və ya serialı vaxtında izləyə bilməməyimizə gətirib çıxarırdı. Əlbəttə ki, müasir həyatımız günü-gündən dinamik olur və biz hər gün müxtəlif işlərlə daha çox məşğul oluruq. Bu da ona gətirib çıxarır ki, televiziya izləməyə o qədər də çox vaxt qalmır, Sizə uyğun olan vaxtda isə Sizə lazım olan verilişi izləməyiniz yaxın keçmişədək mümkün deyildi.
Lakin müasir texnologiyaların inkişafı, televiziyadan da yan keçmir. Əvvəllər biz müxtəlif verilişlərin proqramına baxırdıq, və vaxtlarını öyrənirdik ki, həmin vaxt ona baxaq, məsələn hər cümə axşamı saat 22:00-da Kurtlar Vadisi serialını canlı izləyirdik. Bəzən isə sevdiyimiz iki veriliş eyni vaxtda yayımlanırdı və biz seçim etməli olurduq.
Artıq o günlər keçmişdə qaldı, indi biz istədiyimiz verilişi, istədiyimiz vaxt izləyə bilərik. Bunun üçün sadəcə televizor ekranında əks olunan eletron proqramda lazım olan verilişi seçib rahat izləyə bilərik. Məsələn belə bir imkanı bizə Ailə TV təqdim edir. "Ailə TV"nin IPTV xidmətinə qoşulan Ailə TV Player cihazlarının sahibi hazırda yayımlanan 200 TV kanaldan 40-nın 3 günlük təkrarına baxa bilərlər. Bunlar əsasən idman, serial və milli TV kanallardır. "Ailə TV"də TV kanalların arxivinin izləməsinin icmalını sizə təqdim etmək istərdik.
İlk öncə Ailə TV Player cihazı televizora qoşulur, internet vasitəsilə kanallar yüklənir və pultda OK düyməsini basdığınız halda kanalların siyahısı və proqramı aşağıdakı qaydada görsənir:


Göründüyü kimi, ekranın sol tərəfində kanalların siyahısı, sağ tərəfində isə seçilən kanalın proqramı təqdim olunur. Hər kanalın qarşısındakı Play/Pause işarəsi isə həmin TV kanalda verilişlərin təkrar izlənməsi imkanının olması deməkdir. Beləliklə, biz məsələn İctimai TV seçirik və sağda proqrama keçərək bizə lazım olan vaxtda lazım olan verilişi seçirik, aşağıdakı şəkildəki kimi:


Məsələn, şəkildə saat 14:00-da gedən – Bədii film. Səhra gəmisi filmi seçilir. Bundan sonra həmin filmin təkrarına baxa bilərik. Eləcə də, filmi irəli, geriyə çəkə ya da pause rejimində saxlaya da bilərik. Bunun üçün pultdakı müvafiq düymələri basmağımız tələb olunur. Aşağıdakı şəkildəki kimi:


Ailə TV Player cihazının qiyməti 50 AZN təşkil edir. Cihaz kabelsiz və antennsiz, dünyanın internet olan istənilən yerində 200-dək telekanalı izləmək imkanı yaradır. Hal-hazırda kampaniya şərtlərinə əsasən, cihazı əldə edən hər kəs, ilk 3 ay bütün xidmətlərdən pulsuz istifadə edə bilər, növbəti aylar üçün abunə haqqı 10 AZN təşkil edəcək. Fevral ayının 1-dən, Ailə TV Player cihazının qiyməti bahalaşaraq, 59 AZN olacağı gözlənilir.


Thursday, July 30, 2015

AİLƏ TV DÜNYANIN HƏR YERİNDƏ!

Ailə TV kabelsiz və antensiz, yeni İP TV xidmətini təqdim edir. Qoşulmaq üçün internet və Ailə TV Player kifayətdir.
Minimum 2 Mbit/s itenternetlə Ailə TV Player-i televizora qoşub, 200-dən çox TV kanal izləmək mümkündür. Bu TV kanalların bir-çoxu üçün, 7 günlük arxivlə təkrar izləmə funksiyası mövcuddur.
Ailə TV Playerlə abunəçilər sevimli TV kanalları hər yerdə izləyə bilər. Dünyanın hər yerində, ölkəmizin istənilən güşəsində, istənilən şəhər və rayonlarda. Kabel və sputnik televiziyalarından istifadə etmək imkanı olmayanlar üçün bu xüsusilə böyük bir fürsətdir.
Ailə TV Playeri televizora qoşmaqla əslində istənilən televizoru SmartTV funksiyaları ilə təmin etmək olar. İstənilən televizorda internetdən istifadə etmək, android tətbiqlərdən faydalanmaq indi gerçəkdir.
Bundan əlavə, Ailə TV Player – bir qurğuda iki imkan deməkdir! Onu həm İP TV qəbuledici həm də WIFI router kimi rahat istifadə etmək olar.
Ailə TV player-i bütün Ailə TV filiallarından əldə etmək mümkündür. Yaxın vaxtlarda ölkəmizin bütün iri elektronika mağazaları və supermarketlərində də Ailə TV satış nöqtələri açılacaqdır.
Satış qiyməti 50 AZN olan Ailə TV Playerlə abunəçilər ilk bir ay 200-dək TV kanalı PULSUZ izləyəcəklər. Abunəni uzatmaq üçün Ailə və ya Ailə+ paketlərindən birini seçmək kifayətdir.
Ailə paketi 100 TV kanaldan ibarətdir və aylıq 9 AZN təşkil edir. Ailə+ paketi isə daha genişdir, əlavə 98 TV kanal və 15 AZN aylıq abunə haqqı.
Abunə haqqlarını MilliÖn terminalları, Ailə TV filialları, poçt, bank və ya aile.tv, goldenpay.az, hesab.az saytlarında keçirmək mümkündür.

Wednesday, October 29, 2014

Интервью заместителя директора компании Caspian Telecom, Махизар Тагиевой.

Лауреат национальной премии Uğur, компания Caspian Telecom уже долгие годы обслуживает банковский сектор Азербайджана, частные и государственные организации на базе волоконно-оптический технологии и предоставляет разного рода услуги  в сфере ИКТ. Учреждённая в 1997-ом году, компания в то же время является собственником услуг предоставляемых оператором кабельного телевидения Ailə TV и интернет провайдером Ailə NET. В данный момент множество корпоративных клиентов, а так же физические лица пользуются комплексом телекоммуникационных услуг Caspian Telecom на базе волоконно-оптический технологии.
Caspian Telecom обладает самой густой и обширной оптико-волоконной сетью в стране. Компания располагает собственной независимой первичной сетью. Согласно технологической стратегии компании оптико-волоконная сеть построена на основе технологии FTTH, что позволяет ей более оперативно обслуживать корпоративных клиентов.
- Г-жа Тагиева, в этом году компания Caspian Telecom была удостоена национальной премии Uğur за успешную стратегию развития бизнеса в сфере ИКТ. Расскажите пожалуйста, об этом успехе компании более подробно.
- Динамично развивающаяся телекоммуникационная компания Caspian Telecom на протяжении вот уже 17 лет своей деятельности предоставляет различного рода ИКТ-услуги корпоративным клиентам, а также юридическим и физическим лицам. Одной из основных составляющих успеха Caspian Telecom является поддержка самых передовых технологий FTTB и FTTH и эффективная концепция взаимоотношений с партнерами в секторе B2B. Также, хочу, отметь что, определяющим фактором при вручении премии стала успешная стратегия по внедрению современных услуг кабельного телевидения Ailə TV и услуг оптоволоконного интернет провайдера Ailə NET, которыми на данный момент пользуются жители городов Баку и Гянджа. Предоставляя эти услуги, компания Caspian Telecom удачно выступает не только на корпоративном секторе, но и на отечественном рынке ритейла.
- В чём заключается особенность бизнес модели вашей компании?
- На фоне динамичного развития высоких технологий уникальные торговые предложения на рынке ИКТ часто уравнивается. Единственно в чем всегда можно выделиться на рынке – это стиль и качество обслуживания. Наша модель взаимоотношений с бизнес партнерами построена на четырёх основных «координатах» 4C:
·        Consumer — Потребитель
·        Cost — Стоимость
·        Convenience — Удобство
·        Communication — Коммуникации
- Мы применяем индивидуальный подход к каждому партнеру, учитываем их нужды и желания, предлагаем оптимальные рыночные цены, максимальное удобство предоставления услуг, а также постоянно поддерживаем связь и последующие сервисное обслуживание.
- Какие технологические новшества были применены вашей компанией в этом году и каковы планы на среднесрочной перспективе?
- За последний год мы полностью обновили активное телекоммуникационное оборудование. Новые  оборудования на базе современных технологий CISCO, делает доступным более качественное предоставление телекоммуникационных услуг. Также был намечен значительный прирост абонентов Ailə NET, за последний год.

Планируя усиление наших позиций на рынке ИКТ, наша деятельность будет сконцентрирована на расширении сетевой инфраструктуры в стране. Помимо этого мы планируем периодическое внедрение новейших технологий и параллельно с этим увеличение перечня оказываемых услуг.

Monday, July 21, 2014

Ailə TV-dən yeni HD resiver

Ailə TV kabel televiziyası operatoru geniş funksionallığı və əlverişliliyi ilə seçilən yeni HD resiverini təqdim edir. Əvvəlki modellərdən fərqli olaraq, DVB-C standartlı yeni HD TV resiver HDMİ və USB portları ilə təhciz olunub ki, bunun nəticəsində yüksək keyfiyyətli görüntü və media pleyer funksiyalarından istifadə etmək mümkün olur. Həmçinin, yayımın USB yaddaş daşıyıcılarına yazılma imkanı və EPG (elektron proqram bələdçi) vasitəsilə bir-neçə müxtəlif proqramın rezervasiyası funksiyaları, yeni HD TV resiveri ən müasir tələblərə uyğun resiver edir.
Yenilikər yeni HD TV resiverinin menyusundan da yan keçməyib. Resiverin yenilənmiş menyusu, abunəçilərə Ailə TV kabel telviziyası xidmətlərindən daha rahat və operativ istifadə etməyə imkan verir.
Yeni HD TV resiverdə valideyin nəzarəti funksiyası da mükəmməlləşdirilib. Əgər əvvəlki modellərdə hər hansısa bir verlişə qadağa qoymaq üçün bütöv TV kanalı bağlamaq lazım gəlirdisə, yeni HD TV resiverdə müəyyən verlişə, konkret vaxt civarında qadağa qoymaq mümkündür.
Ailə TV-nin yeni HD TV resiverinin əsas üstünlüklərindən biri də onun əlverişli qiymətə olmasıdır. Belə ki, yenilənmiş və daha funksional HD resiver əvvəlki SD resiver qiymətinə, 40 AZN-ə abunəçilərə təqdim olunur və beləliklə köhnə model SD resiverləri həm qiymətdə həm də keyfiyyət və funksionallıqda üstələyir. Bundan əlavə yeni HD TV resiverlərin abunəçilər üçün daha əlçatan olması və yeni texnologiyaya keçidin sürətləndirilməsi məqsədilə bir sıra həvəsləndirici aksiyalar da nəzərdə tutulub. Bununla da Ailə TV, rəqəmsal yayıma keçid ilə bağlı dövlət proqramına da dəstək göstərir.
İndi, bir illik abunə haqqını (108 AZN) ödəyən abunəçilərə yeni HD TV resiverlər pulsuz təqdim olunur. Gələcəkdə həmin HD TV resiverləri icarəyə də əldə etmək mümkün olacaq.
"Caspian Telecom" MMC şirkətinin brendi olaraq, Ailə TV kabel televiziyası gələcəkdədə öz abunəçilərinin məmnunluğu üçün müxtəlif aksiyaların təşkilini və yeni innovativ texnologiyaların tətbiqini planlaşdırır. 

Friday, June 13, 2014

Caspian Telecom Uğur” Milli mükafatına layiq görülüb



4 iyun 2014-cü il, Milli “Uğur” mükafatının təqdim etmə mərasimində Caspian Telceom şirkəti İKT sahəsində uğurlu fəaliyyətinə görə "Uğur-2013" mükafatına layiq görülmüşdür.
“Consulting & Business” jurnalı tərəfindən təsis edilən "UĞUR" Milli mükafatı, hər il ölkəmizdə biznesin və iqtisadiyyatın inkişafında fərqlənən şirkətlərə təqdim olunur.
Dinamik inkişaf edən telekommunikasiya şirkəti, Caspian Telecom 17 illik fəaliyyəti ərazində müxtəif İKT xidmətləri göstərir. Mükafatın verilməsində həlledici amillərdən biri şirkətin Ailə TV kabel televiziyası və Ailə NET fiber-optik internet provayder xidmətlərinin uğurlu fəaliyyəti olub. Bakı və Gəncə şəhərlərində bu xidmətləri təqdim edən şirkət nəin ki korporativ sektor, həm də pərakəndə bazardada uğurla fəaliyyət göstərir.
Caspian Telecom şirkəti əhatə dairəsinin genişləndirilməsilə barabər təqdim olunan xidmət növlərinin də sayının artırılmasını və ən son, qabacıl texnologiyaların tətbiqini planlaşdırır, bu da göstərilən xidmət səviyyəsinin yüksəldilməsilə birgə şirkətin inkişafının prioritet istiqaməti hesab olunur.
“Ailə TV” Kabel Televiziyası 7-ci il dönümünü qeyd etmişdir


Aperelin 17-si 2014-ci il tarixində Azərbaycanın qabaqcıl kabel televiziası operatorlarından biri olan, “Ailə TV”-nin yaradılmasının 7-ci ili tamam olmuşdur. Yarandığı ildən abunəçilərinə ən son texnologiyalar əsasında Bakı və Gəncə şəhərlərində yüksək səviyyəli xidmət təqdim edən Ailə TV kabel televiziyası Caspian Telecom şirkətinin brendidir.
         7 illik fəaliyyəti ərzində, Ailə TV Azərbaycanda müştərilərə fiber-optik şəbəkə vasitəsilə kabel televiziyası yayımını həyata keçirən ilk şirkət olmuşdur. Eyni zamanda ölkəmizdə ilk dəfə olaraq, rəqəmsal və HD (High Definition) yayımın da məhz Ailə TV təşkil etmişdir.
Əhatə dairəsini daim genişləndiriən Ailə TV kabel televiziyası bu müddət ərzində Bakı şəhərinin Yasamal, Nəsimi, Nizami, Xətai, Nərimanov, və Suraxanı rayonlarını, Səbail rayonun bir hissəsi və Sabunçu rayonu Bakıxanov qəsəbəsinin bir hissəsi, eləcə də Gəncə şəhərini, o cümlədən Yeni Gəncə qəsəbəsini öz əhatə dairəsinə daxil etmişdir.
Daim abunəçilərinin məmnuluğu və rahatlığı üçün çalışan Ailə TV Kabel televiziyası 24 saat fasiləsiz fəaliyyət göstərən Müştəri Xidmətləri məzrkəzinə malikdir. Xidmətlərin ödənilməsi onlayn rejimində kart vasitəsilə, easy pay ödəmə sistemi vasitəsilə, banklar, pay point terminalları və filiallar vasitəsilə mümkündür.
Qeyd etmək lazımdır ki, əhatə dairəsinin genişləndirilməsi, təqdim olunan xidmət növlərinin sayının artırılması və ən son, qabacıl texnologiyaların tətbiqi ilə yanaşı yayımlanan  TV kanalların sayını da mütəmadi olaraq artırmaqdadır.  Bu ənənəyə sadiq qalaraq, yaxın günlərdə Ailə TV abunəçilərinə, 170-dən orijinal keyfiyyətdə TV kanal əlavə 15 full HD və 4 yeni Ailə TV Kinozal kanalı da təqdim olunacaq.