“Ailə TV” Kabel Televiziyası 7-ci
il dönümünü qeyd etmişdir
Aperelin
17-si 2014-ci il tarixində Azərbaycanın qabaqcıl kabel televiziası
operatorlarından biri olan, “Ailə TV”-nin yaradılmasının 7-ci ili tamam
olmuşdur. Yarandığı ildən abunəçilərinə ən son texnologiyalar əsasında Bakı və
Gəncə şəhərlərində yüksək səviyyəli xidmət təqdim edən Ailə TV kabel
televiziyası Caspian Telecom şirkətinin brendidir.
7
illik fəaliyyəti ərzində, Ailə TV Azərbaycanda müştərilərə fiber-optik şəbəkə
vasitəsilə kabel televiziyası yayımını həyata keçirən ilk şirkət olmuşdur. Eyni
zamanda ölkəmizdə ilk dəfə olaraq, rəqəmsal və HD (High Definition) yayımın da
məhz Ailə TV təşkil etmişdir.
Əhatə dairəsini
daim genişləndiriən Ailə TV kabel televiziyası bu müddət ərzində Bakı şəhərinin
Yasamal, Nəsimi, Nizami, Xətai, Nərimanov, və Suraxanı rayonlarını, Səbail
rayonun bir hissəsi və Sabunçu rayonu Bakıxanov qəsəbəsinin bir hissəsi, eləcə
də Gəncə şəhərini, o cümlədən Yeni Gəncə qəsəbəsini öz əhatə dairəsinə daxil
etmişdir.
Daim abunəçilərinin
məmnuluğu və rahatlığı üçün çalışan Ailə TV Kabel televiziyası 24 saat fasiləsiz
fəaliyyət göstərən Müştəri Xidmətləri məzrkəzinə malikdir. Xidmətlərin ödənilməsi
onlayn rejimində kart vasitəsilə, easy pay ödəmə sistemi vasitəsilə, banklar,
pay point terminalları və filiallar vasitəsilə mümkündür.
Qeyd etmək
lazımdır ki, əhatə dairəsinin genişləndirilməsi, təqdim olunan xidmət növlərinin
sayının artırılması və ən son, qabacıl texnologiyaların tətbiqi ilə yanaşı
yayımlanan TV kanalların sayını da mütəmadi
olaraq artırmaqdadır. Bu ənənəyə sadiq
qalaraq, yaxın günlərdə Ailə TV abunəçilərinə, 170-dən orijinal keyfiyyətdə TV
kanal əlavə 15 full HD və 4 yeni Ailə TV Kinozal kanalı da təqdim olunacaq.
No comments:
Post a Comment