Artıq Suraxanı rayonu Hövsan qəsəbəsinin
sakinləri də Ailə NET internet provayderinin xidmətlərindən yararlana biləcklər.
Hövsan qəsəbəsinin Ailə NET internet provayderinin əhatə dairəsinə daxil edilməsilə,
Ailə Tv kabel televiziyasının əhatə dairəsində olan, demək olar ki, bütün ərazilər
Ailə NET internet provayderinin də genişzolaqlı fiber-optik şəbəkəsilə əhatə
olunmuşdur. Qeyd etmək lazımdır ki, Ailə NET internet porvayderinin xidmətlərinə
qoşulan Ailə TV abunəçiləri üçün xüsusi endirimli tarif paketləri mövcuddur.
Xatırladaq ki, görülən işlər nəticəsində, Ailə NET internet provayderinin
əhatə dairəsinə daha əvvəl Bakı şəhərinin, Xətai, Nizami, Nərimanov, Suraxanı, Binəqədi,
Nəsimi rayonları, Səbail rayonun bir hissəsi və Sabunçu rayonu Bakıxanov
qəsəbəsinin bir hissəsi, eləcə də Gəncə şəhəri, o cümlədən Yeni Gəncə qəsəbəsi
də daxil edilmişdir.
Qabaqcıl fiber-optic texnologiya əsasında kabel televiziyası və internet
provayder xidmətləri təklif edən, “Ailə TV və “Ailə NET” brendlərinin sahibi,
“Caspian Telecom” MMC şirkəti əhatə dairəsinin genişləndirilməsilə barabər təqdim
olunan xidmət növlərinin də sayının artırılmasını və ən son, qabacıl
texnologiyaların tədbiqini planlaşdırır, bu da göstərilən xidmət səviyyəsinin
yüksəldilməsilə birgə şirkətin inkişafının prioritet istiqaməti hesab olunur.
No comments:
Post a Comment