Monday, January 2, 2012

Yeni il təbriki!

Hörmətli dostlar!

Sizi qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, hər birinizə uzun ömür, cansağlığı və firavan həyat arzulayırıq. Arzu edirik ki, qarşıdan gələn 2012-ci il hər biriniz üçün uğurlu olsun.

Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız həmrəylik gününü qeyd edirlər. “Ailə TV” şəbəkəsinə daxil olan şirkətlər – “Ailə TV” Kabel televiziyası operatoru, “Ailə NET” İnternet provayderi, “A-Media” Reklam Agentliyi və “Caspian Telecom” şəbəkə provayderi Dünya Azərbaycanlılarının Həmrəyliyinə böyük önəm verir
və bu həmrəyliyin daha da güclənməsi üçün balansında olan resurslardan istifadə edir. Təsadüfi deyil ki, “Ailə TV” şəbəkəsi ölkəmizdən kənarda Azərbaycan diasporu tərəfindən təsis olunan telekanalları özünün yayım siyahısına daxil edib.

ötən 2011-ci il “Ailə TV” şəbəkəsi üçün uğurlu bir il olmuşdur. Bu il “Ailə NET” Internet provayderinin şəbəkəsinin genişlənməsi istiqamətində mühüm işlər görülməyə başlamışdır. “Ailə TV” kabel televiziyası operatorunun Gəncə şəhərində bir filialı fəaliyyətə başlamış, ikinci filialının yaradılması istiqamətində işlər sürətlənmişdir.

2011-ci ildə “Ailə TV”-nin digər bir brendi olan “A-Media” reklam agentliyi də fəaliyyətə başlamışdır. A-Media Bakı metropoliteninin bütün stansiyalarında 70-də çox monitor quraşdıraraq müxtəlif təşkilatlara və biznes strukturlarına səsli-video reklam xidməti təklif etməyə başlamışdır.

Bundan əlavə, 2011-ci ildə “Ailə TV” bir sıra yeniliklərə imza atmışdır. Bu il Azərbaycanın kabel televiziyası operatorları arasında ilk dəfə mobil ödəmə terminalları istifadəyə verilmişdir. Ailə TV növbəti ilin ilk günlərindən etibərən onlayn ödəniş sistemini tətbiq etməyi də planlaşdırır.

2011-ci ildə “Ailə TV” şəbəkəsinin əldə etdiyi uğurlarda abonentlərimizin və müştərilərimizin mühüm rolu da danılmazdır. Müştərilərin etimadı bizi yeni-yeni uğurlara imza atmağa şövq edir. “Ailə TV” şəbəkəsi öz fəaliyyətini müştərilərin məmnununiyyəti üzərində qurur və bir müştərinin istək və tələblərinə həssaslıqla yanaşır.

Bir daha hər birinizi səmimi qəlbdən təbrik edir, 2012-ci ildəki fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

No comments:

Post a Comment