Friday, December 28, 2012

Bayram günləri bütün “Ailə TV” paketləri pulsuz yayımlanacaq


"Ailə TV" kabel televiziyası operatoru, xalqımızı qarşıdan gələn Yeni, 2013-cü il münasibəti ilə təbrik edir və onları ailəyə daha yaxın olmağa dəvət edir. Belə ki, abunəçilər Bayram günləri bütün “Ailə TV” paketlərini pulsuz izləyəcəklər.
Dekabrın 31-dən Yanvarın 2-sinə dək davam edəcək aksiyadan bütün “Ailə TV” abunəçiləri yararlana biləcəklər və beləliklə bayram günləri öz ailələri ilə birlikdə istədikləri telekanlları izləyəcəklər.
"Ailə TV" kabel televiziyası operatoru, bir daha xalqımızın Yenil İlini və Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü ürəkdən təbrik edir, xalqımıza ruzi-bərəkət, firavanlıq və əmin-amanlıq arzulayır.

“Ailə NET” öz fiber optik şəbəkəsini genişləndirir



"SKAY MAKS" MMC (Ailə NET brendinin sahibi) 2011-ci ilin may ayından Ailə NET brendi altında internet provayder xidmətləri göstərir. Azərbaycanda ilk dəfə, məhs Ailə TV abonentləri genişzolaqlı fiber optik texnologiya əsasında internetə çıxış əldə ediblər.
Aparılan işlər nəticəsində əhatə dairəsinə Nizami, Xətai, Yasamal, Binəqədi, Nərmianov və Suraxanı rayonlarını daxil edən şirkət, qısa vaxt ərzində, bu ərazilərdə öz şəbəkəsini qurub. Gəncə şəhərində də fəaliyyət göstərən Ailə NET internet provayderi, burada da öz əhatə dairəsini genişləndirərək, genişzolaqlı internet xidməti göstərir.
Əhatə dairəsini genişləndirən “Ailə NET”,  abunəçilərə güzəştli tariflər də təqdim edir. Belə ki, 2 Mbit\s sürətə malik internet “Ailə TV” abunəçiləri üçün sadəcə 9 AZN təşkil edir.
Azərbaycanda fiber optik bazada genişzolaqlı, yüksəksürətli internet qoşulma həyata keçirən “Ailə NET”, 2013-cü ilin sonuna qədər Bakı şəhərinin bütün ərazilərini genişzolaqlı fiber optik internetlə təmin etmək hədəfini öz qarşısına qoyub. Bundan başqa, bu sahədə ən son texnologiyaların tətbiqi və göstərilən xidmət səviyyəsinin yüksəldilməsi “Ailə TV” şəbəkəsinin inkişafının əsas istiqamətlərini müəyyənləşdirir.
“Ailə TV” şəbəkəsinə daxil olan “Ailə NET” internet provayderi, xalqımızı qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik edir. Xalqımıza xoş güzəran, ruzi-bərəkət və əmin-amanlıq arzulayır.

Friday, December 21, 2012

"Ailə TV" abunəçilərinə Yeni il qabağı 82 diaqonallıq LCD televizor hədiyyə edib



Dekabrın 20-də "Ailə TV" abonentləri üçün təşkil olunan "Ailəyə qoşul, LCD televizor qazan" stimullaşdırıcı lotereyasının növbəti tirajı keçirilib.
Kabel televiziyası operatoru 10 abunəçisinə 82 diaqonallıq LG markalı LCD televizor hədiyyə edilib. Lotereya verilişlərinin çəkilişindən dərhal sonra Ailə TV-nin əməkdaşları abonentlərin evlərinə gedərək hədiyyələri qaliblərə təqdim ediblər.
Lotereya oyunu zamanı “Ailə TV”-nin rəqəmsal qəbuledicisinin daxilində olan "SMART" kartın unikal nömrəsinin son 5 rəqəmi lotereya biletində seriya nömrəsinə bərabər məlumat daşıyıcısı hesab olunub. Lotereyada rəqəmsal yayımı izləyən abunəçilər və yeni rəqəmsal dəsti əldə etmiş müştərilər, eyni zamanda, HD yayım və rəqəmsal yayıma "CAM Modul" üzərindən qoşulan abunəçilər iştirak ediblər. Tirajda 9000-dən çox lotereya bileti oynanılıb.
Qeyd edək ki, "Ailə TV" artıq dördüncü ildir ki, abonentləri arasında müxtəlif stimullaşdırıcı lotereyalar keçirir. "Ailəyə qoşul, LCD televizor qazan" lotereyası Ailə TV-nin rəqəmsal paketinin bütün abunəçiləri LCD televizor sahibi olana qədər davam edəcək.
Builki lotereya verilişi dekabrın 21-də "Ailə TV Kinozal" telekanalında nümayiş olunacaq.