Dekabrın 20-də "Ailə TV" abonentləri üçün
təşkil olunan "Ailəyə qoşul, LCD televizor qazan" stimullaşdırıcı
lotereyasının növbəti tirajı keçirilib.
Kabel televiziyası operatoru 10 abunəçisinə 82 diaqonallıq
LG markalı LCD televizor hədiyyə edilib. Lotereya
verilişlərinin çəkilişindən dərhal sonra Ailə TV-nin əməkdaşları abonentlərin
evlərinə gedərək hədiyyələri qaliblərə təqdim ediblər.
Lotereya oyunu
zamanı “Ailə TV”-nin rəqəmsal qəbuledicisinin daxilində olan "SMART"
kartın unikal nömrəsinin son 5 rəqəmi lotereya biletində seriya nömrəsinə
bərabər məlumat daşıyıcısı hesab olunub. Lotereyada rəqəmsal yayımı izləyən
abunəçilər və yeni rəqəmsal dəsti əldə etmiş müştərilər, eyni zamanda, HD yayım
və rəqəmsal yayıma "CAM Modul" üzərindən qoşulan abunəçilər iştirak
ediblər. Tirajda 9000-dən çox
lotereya bileti oynanılıb.
Qeyd edək ki,
"Ailə TV" artıq dördüncü ildir ki, abonentləri arasında müxtəlif
stimullaşdırıcı lotereyalar keçirir. "Ailəyə qoşul, LCD televizor
qazan" lotereyası Ailə TV-nin rəqəmsal paketinin bütün abunəçiləri LCD
televizor sahibi olana qədər davam edəcək.
Builki lotereya
verilişi dekabrın 21-də "Ailə TV Kinozal" telekanalında nümayiş
olunacaq.
No comments:
Post a Comment