Korporativ
müştərilərə şəbəkə xidmətlərinin göstərilməsi ilə məşğul olan Caspian Telecom
şirkəti, korporativ şəbəkəyə qoşulmalarda yeni, 3G texnologiyanı təqdim edir.
Baku Tel-2012 İnformasiya və Telekommunikasıya Texnologiyaları sərgisində
nümayiş olunacaq texnologiya, banklar, sığorta şirkətləri, mağaza şəbəkələri,
universitetlər və coğrafi olaraq biri-birindən uzaqda yerləşən filillara malik
şirkətlərə faydalı ola bilər.
Korporativ 3G texnologiyasından
istifadə edən şirkətlər bir sıra üstünlüklər qazanırlar ki, bunların içində
yüksək məhsuldarlığın və təhlükəsizliyin təmin olunmasını və müştərilərə
keyfiyyətcə yeni səviyyədə xidmətin göstəriləməsini göstərmək olar. Bu da son nəticədə
şirkətin rəqabətə davamlılığının və gəlirlərinin artmasına səbəb olur.
Azərbaycanda ilk belə sistem olan,
Caspian Telecom-un korporativ 3G xidməti, şirkətlərə uzaqda və coğrafi cəhətdən
cətin keçimli yerlərdə yerləşən filialları ilə məlumat mubadiləsini təmin etməyə
imkan verir və kabelin çəkilməsi məqsədə uyğun olmadığı hallarda alternativ
variant kimi istifadə olunur. Qeyd edək ki, bu texnologiya sərgi, konsert və ya
idman tədbirlərinin təşkilində müvəqqəti şəbəkəyə ehtiyyac olan zaman
alternativi olmayan bir texnologiyadır.
Simsiz 3G modem vasitəsi ilə, virtual
şəbəkəyə qoşulduqda, təhlükəsiz VPN qoşulma yaranır və İP paketlərin şifrlənməsi
ilə yollanan məlumatın tam təhlükəsizliyi təmin olunur.
Sistemin istifadəsindən olan fayda və ona çəkilən xərcin
nisbəti, 3G texnologiyalarda maraqlı olan şirkətlərin bu texnologiyadan geniş
istifadə etməsinə əsas yaradır. Bunu nəzərə alan, Caspian Telecom şirkəti, Azərbaycanda
ən sərfəli qiymətlər təklif edir və artıq ölkəmizin bir neçə kommersiya bankı
bu texnologiyanın test rejimində tədbiqinə başlayıb.
Qeyd edək ki, Azərbaycanda İKT
sektorunda qabaqcıl şirkətlərdən biri olan Caspian Telecom, 2010-cu ildən Ailə
TV şəbəkəsinə daxildir. Respublikada geniş fiber optik şəbəkəyə malik olan şirkət,
ölkəmizdə 18-ci dəfə keçiriləcək və noyabrın 6-dan 9-na kimi davam edəcək, BakuTel-2012
İnformasiya və Telekommunikasıya Texnologiyarı sərgisində iştrak edəcək.
No comments:
Post a Comment