Saturday, December 28, 2013

Bayram günləri bütün “Ailə TV” paketləri pulsuz yayımlanacaq

"Ailə TV" kabel televiziyası operatorundan abunəçilərinə Yeni İl öncəsi xoş xəbər. Bayram günləri rəqəmsal yayımı izləyən bütün abunəçilər “Ailə TV” paketlərini, pulsuz izləyəcəklər.
Dekabrın 31-dən Yanvarın 2-sinə dək davam edəcək aksiyadan “Ailə TV” –nin rəqəmsal yayımına qoşulmuş bütün abunəçilər yararlana biləcəklər və beləliklə bayram günləri öz ailələri ilə birlikdə 165-dən çox telekanal izləmək imkanı əldə edəcəklər.

"Ailə TV" kabel televiziyası operatoru, xalqımızı qarşıdan gələn Yeni 2014-cü il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə ürəkdən təbrik edir, xalqımıza ruzi-bərəkət, firavanlıq və əmin-amanlıq arzulayır.


Tuesday, December 24, 2013

"Ailə TV" и "Ailə NET" расширяют свою оптоволоконную сеть

Предлагающий услуги оператора кабельного телевидения и интернета на базе передовой оптоволоконной технологии, компания «Caspian Telecom» ООО (собственник брендов “Ailə TV” и “Ailə NET”) проводит работу по расширению зоны покрытия и повышению качества предоставляемых услуг.
В результате проводимых работ, такие районы города Баку, как Хатаи, Низами, Нариманов, Сураханы, Бинагади, Насими, некоторые части районов Сабаиль и Сабунчи, а также город Гянджа, в том числе посёлок Ени Гянджа были включены в зону охвата компании, и за кратчайшее время компания установила свою сеть на этих территориях.
На данный момент ведутся работы по завершению процесса установки сети широкополосного интернета Ailə NET в районах, которые входят в зону доступа оператора  кабельного телевидения Ailə TV, а до конца 2014-го года намечается обеспечение широкополосным оптическим интернетом все районы города Баку.

В ближайшем будущем планируется не только расширение оптоволоконной сети, а также перечня предоставляемых услуг, внедрение новейших и передовых технологий, что в совокупности с высоким качеством услуг и сервисным обслуживанием являются основными направлениями развития компании.

Wednesday, November 27, 2013

Fiber optic – bir günə!


Caspian Telecom Azərbaycanda ən sıx və genişzolaqlı fiber optik şəbəkəya malik olan şirkətlərdən biridir. Şirkətin öz müstəqil əsas şəbəkəsi var ki, bu da müştərilərə daha səmərəli korporativ xidmət göstərməyə imkan verir. Caspian Telecom yeganə şirkətdir ki, müştərilərin fiber optik şəbəkəsini “sıfırdan” cəmi bir günə qurur.
Caspian Telecom şirkəti öz iş təcrübəsində yalnız FTTB (binaya kimi fiber optik şəbəkə) və FTTH (evə kimi fiber optik şəbəkə) kimi ən son qabaqcıl və genişzolaqlı texnologiyalardan istifadə edir. Bu texnologiyalar ən sürətli və keyfiyyətli məlumat mübadiləsini təmin etməyə imkan verir.
FTTB texnologiyasından fərqli olaraq, FTTH texnologiyasında optik kabel birbaşa abunəçinin evinə kimi daxil olur və bir nazik kabel vasitəsilə 3 vacib xidmətdən, telefon, televiziya və internetdən yararlanmağa imkan verir.
Şirkət müştərilərə pulsuz olaraq şəbəkə infrastrukturunun monitorinq xidmətini təqdim edir. Multi-funksional və çevik NMS sistemi vasitəsilə şirkətin əməkdaşları nəinki öz şəbəkələrinin, həm də ayrı ayrılıqda digər şəbəkələrində sorğu ilə monitorinqini apara bilirlər. Beləliklə müştərilərin narahatlığına heç bir əsas yoxdur, şirkət əməkdaşlarının davamlı monitorinqləri şəbəkədə yaranan bütün problemləri ani sürətdə təyin edib, onların ən qısa zamanda həll olunmasına imkan yaradır.
Caspian Telecom şirkəti müştərilərə göstərilən xidmətlərin keyfiyyəti və rahatlığının yaxşılaşdırılması istiqamətində daim inkişaf edir. Azərbaycan ərazisində ən sıx və genişzolaqlı fiber optik şəbəkəya malik olması, şəbəkə infrastrukturunun monitorinq xidmətinin pulsuz təqdim etməsi və ən son qabaqcıl FTTH texnologiyasından istifadə etməsi, Caspian Telecom şirkətini İnformasiya Kommunikasiyaları Texnologiyaları (İKT) bazarında öz sektorunun şərtsiz lideri edir.
Qeyd edək ki, Azərbaycanda İKT sektorunda qabaqcıl şirkətlərdən biri olan Caspian Telecom, 1997-ci ildə təsis olunub. Respublikada geniş fiber optik şəbəkəyə malik olan şirkət, Ailə TV və Ailə NET brendlərinin sahibidir və ölkəmizdə 19-cu dəfə keçiriləcək və dekabrın 2-dən 5-nə kimi davam edəcək,  BakuTel-2013 İnformasiya və Telekommunikasıya Texnologiyarı sərgisində iştrak edəcək.

“Caspian Telecom” MMC
Ünvan: Bakı, Dilarə Əliyeva 251 A

Tel: (+99412) 490 23 43  E-mail: info@catel.az  Web: www.castel.az

Tuesday, November 12, 2013

"Ailə NET" abunəçiləri üçün yeni aksiyalar


Azərbaycanın sürətlə inkişaf edən internet provayederi, Ailə NET abunəçilər üçün müddətsiz aksiyalar elan edir. Artıq internet provayderin xidmətlərinə qoşulmaq istəyən şəxslərə ilkin 20 metr kabel pulsuz təqdim olunur. Qoşulma zamanı 20 metrdən artıq istifadə olunan kabelin isə dəyəri alınır (1m=0.30q)(1m=0.50q).  Bundan başqa Ailə NET tərəfindən keçirilən aksiyaya əsasən ,vətəndaşlara təqdim olunana TP LİNK 743 N modelli wi-fi routerin qiyməti artıq 30AZN deyil, 25 AZN-dir. Qeyd olunan aksiya müddətsiz həyata keçirilir.

Ailə NET-dən daha bir müddətsiz aksiya "5 ay ödə, 6-cı ay Ailə NET-dən pulsuz yararlan" adlanır. Aksiyanın qaydalarına əsasən, Ailə NET internet provayderinin abunəçiləri seçdikləri tarifə uyğun olaraq beş ayın abunə haqqını ilkin olaraq ödəyən zaman altıncı ay internet provayderin xidmətindən pulsuz istifadə etmək hüququ qazanırlar. Eləcə də abunəçi əgər 10 ayın abunə haqqını ilkin olaraq ödəyirsə, bu zaman son iki ay Ailə NET-in xidmətinə görə abunə haqqı ödəməyəcək.
Ailə NET əhatə dairəsini genişləndirir və gələcəkdə yeni həvəsləndirici aksiyaların həyata keçirilməsini planlaşdırır.


Qeyd edək ki, Azərbaycanda sürətlə inkişaf edən internet provayederlərdən biri olan AiləNet, Caspian Telecom şirkətinin brendidir. Geniş fiber optik şəbəkəyə malik olan şirkət, ölkəmizdə 19-cu dəfə keçiriləcək və dekabrın 2-dən 5-nə kimi davam edəcək, BakuTel-2013 İnformasiya və Telekommunikasıya Texnologiyarı sərgisində iştrak edəcək.