Azərbaycanın sürətlə inkişaf edən internet provayederi, Ailə NET abunəçilər üçün müddətsiz aksiyalar elan edir. Artıq internet provayderin xidmətlərinə qoşulmaq istəyən şəxslərə ilkin 20 metr kabel pulsuz təqdim olunur. Qoşulma zamanı 20 metrdən artıq istifadə olunan kabelin isə dəyəri alınır (1m=0.30q)
Ailə NET-dən
daha bir müddətsiz aksiya "5 ay ödə, 6-cı ay Ailə NET-dən pulsuz
yararlan" adlanır. Aksiyanın qaydalarına əsasən, Ailə NET internet
provayderinin abunəçiləri seçdikləri tarifə uyğun olaraq beş ayın abunə haqqını
ilkin olaraq ödəyən zaman altıncı ay internet provayderin xidmətindən pulsuz
istifadə etmək hüququ qazanırlar. Eləcə də abunəçi əgər 10 ayın abunə haqqını
ilkin olaraq ödəyirsə, bu zaman son iki ay Ailə NET-in xidmətinə görə abunə
haqqı ödəməyəcək.
Ailə NET əhatə dairəsini
genişləndirir və gələcəkdə yeni həvəsləndirici aksiyaların həyata keçirilməsini
planlaşdırır.
Qeyd edək ki, Azərbaycanda sürətlə inkişaf edən
internet provayederlərdən biri olan AiləNet, Caspian Telecom şirkətinin brendidir.
Geniş fiber optik şəbəkəyə malik olan şirkət, ölkəmizdə 19-cu dəfə keçiriləcək
və dekabrın 2-dən 5-nə kimi davam edəcək, BakuTel-2013 İnformasiya və
Telekommunikasıya Texnologiyarı sərgisində iştrak edəcək.
No comments:
Post a Comment