Wednesday, November 27, 2013

Fiber optic – bir günə!


Caspian Telecom Azərbaycanda ən sıx və genişzolaqlı fiber optik şəbəkəya malik olan şirkətlərdən biridir. Şirkətin öz müstəqil əsas şəbəkəsi var ki, bu da müştərilərə daha səmərəli korporativ xidmət göstərməyə imkan verir. Caspian Telecom yeganə şirkətdir ki, müştərilərin fiber optik şəbəkəsini “sıfırdan” cəmi bir günə qurur.
Caspian Telecom şirkəti öz iş təcrübəsində yalnız FTTB (binaya kimi fiber optik şəbəkə) və FTTH (evə kimi fiber optik şəbəkə) kimi ən son qabaqcıl və genişzolaqlı texnologiyalardan istifadə edir. Bu texnologiyalar ən sürətli və keyfiyyətli məlumat mübadiləsini təmin etməyə imkan verir.
FTTB texnologiyasından fərqli olaraq, FTTH texnologiyasında optik kabel birbaşa abunəçinin evinə kimi daxil olur və bir nazik kabel vasitəsilə 3 vacib xidmətdən, telefon, televiziya və internetdən yararlanmağa imkan verir.
Şirkət müştərilərə pulsuz olaraq şəbəkə infrastrukturunun monitorinq xidmətini təqdim edir. Multi-funksional və çevik NMS sistemi vasitəsilə şirkətin əməkdaşları nəinki öz şəbəkələrinin, həm də ayrı ayrılıqda digər şəbəkələrində sorğu ilə monitorinqini apara bilirlər. Beləliklə müştərilərin narahatlığına heç bir əsas yoxdur, şirkət əməkdaşlarının davamlı monitorinqləri şəbəkədə yaranan bütün problemləri ani sürətdə təyin edib, onların ən qısa zamanda həll olunmasına imkan yaradır.
Caspian Telecom şirkəti müştərilərə göstərilən xidmətlərin keyfiyyəti və rahatlığının yaxşılaşdırılması istiqamətində daim inkişaf edir. Azərbaycan ərazisində ən sıx və genişzolaqlı fiber optik şəbəkəya malik olması, şəbəkə infrastrukturunun monitorinq xidmətinin pulsuz təqdim etməsi və ən son qabaqcıl FTTH texnologiyasından istifadə etməsi, Caspian Telecom şirkətini İnformasiya Kommunikasiyaları Texnologiyaları (İKT) bazarında öz sektorunun şərtsiz lideri edir.
Qeyd edək ki, Azərbaycanda İKT sektorunda qabaqcıl şirkətlərdən biri olan Caspian Telecom, 1997-ci ildə təsis olunub. Respublikada geniş fiber optik şəbəkəyə malik olan şirkət, Ailə TV və Ailə NET brendlərinin sahibidir və ölkəmizdə 19-cu dəfə keçiriləcək və dekabrın 2-dən 5-nə kimi davam edəcək,  BakuTel-2013 İnformasiya və Telekommunikasıya Texnologiyarı sərgisində iştrak edəcək.

“Caspian Telecom” MMC
Ünvan: Bakı, Dilarə Əliyeva 251 A

Tel: (+99412) 490 23 43  E-mail: info@catel.az  Web: www.castel.az

Tuesday, November 12, 2013

"Ailə NET" abunəçiləri üçün yeni aksiyalar


Azərbaycanın sürətlə inkişaf edən internet provayederi, Ailə NET abunəçilər üçün müddətsiz aksiyalar elan edir. Artıq internet provayderin xidmətlərinə qoşulmaq istəyən şəxslərə ilkin 20 metr kabel pulsuz təqdim olunur. Qoşulma zamanı 20 metrdən artıq istifadə olunan kabelin isə dəyəri alınır (1m=0.30q)(1m=0.50q).  Bundan başqa Ailə NET tərəfindən keçirilən aksiyaya əsasən ,vətəndaşlara təqdim olunana TP LİNK 743 N modelli wi-fi routerin qiyməti artıq 30AZN deyil, 25 AZN-dir. Qeyd olunan aksiya müddətsiz həyata keçirilir.

Ailə NET-dən daha bir müddətsiz aksiya "5 ay ödə, 6-cı ay Ailə NET-dən pulsuz yararlan" adlanır. Aksiyanın qaydalarına əsasən, Ailə NET internet provayderinin abunəçiləri seçdikləri tarifə uyğun olaraq beş ayın abunə haqqını ilkin olaraq ödəyən zaman altıncı ay internet provayderin xidmətindən pulsuz istifadə etmək hüququ qazanırlar. Eləcə də abunəçi əgər 10 ayın abunə haqqını ilkin olaraq ödəyirsə, bu zaman son iki ay Ailə NET-in xidmətinə görə abunə haqqı ödəməyəcək.
Ailə NET əhatə dairəsini genişləndirir və gələcəkdə yeni həvəsləndirici aksiyaların həyata keçirilməsini planlaşdırır.


Qeyd edək ki, Azərbaycanda sürətlə inkişaf edən internet provayederlərdən biri olan AiləNet, Caspian Telecom şirkətinin brendidir. Geniş fiber optik şəbəkəyə malik olan şirkət, ölkəmizdə 19-cu dəfə keçiriləcək və dekabrın 2-dən 5-nə kimi davam edəcək, BakuTel-2013 İnformasiya və Telekommunikasıya Texnologiyarı sərgisində iştrak edəcək.