Friday, June 13, 2014

Caspian Telecom Uğur” Milli mükafatına layiq görülüb



4 iyun 2014-cü il, Milli “Uğur” mükafatının təqdim etmə mərasimində Caspian Telceom şirkəti İKT sahəsində uğurlu fəaliyyətinə görə "Uğur-2013" mükafatına layiq görülmüşdür.
“Consulting & Business” jurnalı tərəfindən təsis edilən "UĞUR" Milli mükafatı, hər il ölkəmizdə biznesin və iqtisadiyyatın inkişafında fərqlənən şirkətlərə təqdim olunur.
Dinamik inkişaf edən telekommunikasiya şirkəti, Caspian Telecom 17 illik fəaliyyəti ərazində müxtəif İKT xidmətləri göstərir. Mükafatın verilməsində həlledici amillərdən biri şirkətin Ailə TV kabel televiziyası və Ailə NET fiber-optik internet provayder xidmətlərinin uğurlu fəaliyyəti olub. Bakı və Gəncə şəhərlərində bu xidmətləri təqdim edən şirkət nəin ki korporativ sektor, həm də pərakəndə bazardada uğurla fəaliyyət göstərir.
Caspian Telecom şirkəti əhatə dairəsinin genişləndirilməsilə barabər təqdim olunan xidmət növlərinin də sayının artırılmasını və ən son, qabacıl texnologiyaların tətbiqini planlaşdırır, bu da göstərilən xidmət səviyyəsinin yüksəldilməsilə birgə şirkətin inkişafının prioritet istiqaməti hesab olunur.
“Ailə TV” Kabel Televiziyası 7-ci il dönümünü qeyd etmişdir


Aperelin 17-si 2014-ci il tarixində Azərbaycanın qabaqcıl kabel televiziası operatorlarından biri olan, “Ailə TV”-nin yaradılmasının 7-ci ili tamam olmuşdur. Yarandığı ildən abunəçilərinə ən son texnologiyalar əsasında Bakı və Gəncə şəhərlərində yüksək səviyyəli xidmət təqdim edən Ailə TV kabel televiziyası Caspian Telecom şirkətinin brendidir.
         7 illik fəaliyyəti ərzində, Ailə TV Azərbaycanda müştərilərə fiber-optik şəbəkə vasitəsilə kabel televiziyası yayımını həyata keçirən ilk şirkət olmuşdur. Eyni zamanda ölkəmizdə ilk dəfə olaraq, rəqəmsal və HD (High Definition) yayımın da məhz Ailə TV təşkil etmişdir.
Əhatə dairəsini daim genişləndiriən Ailə TV kabel televiziyası bu müddət ərzində Bakı şəhərinin Yasamal, Nəsimi, Nizami, Xətai, Nərimanov, və Suraxanı rayonlarını, Səbail rayonun bir hissəsi və Sabunçu rayonu Bakıxanov qəsəbəsinin bir hissəsi, eləcə də Gəncə şəhərini, o cümlədən Yeni Gəncə qəsəbəsini öz əhatə dairəsinə daxil etmişdir.
Daim abunəçilərinin məmnuluğu və rahatlığı üçün çalışan Ailə TV Kabel televiziyası 24 saat fasiləsiz fəaliyyət göstərən Müştəri Xidmətləri məzrkəzinə malikdir. Xidmətlərin ödənilməsi onlayn rejimində kart vasitəsilə, easy pay ödəmə sistemi vasitəsilə, banklar, pay point terminalları və filiallar vasitəsilə mümkündür.
Qeyd etmək lazımdır ki, əhatə dairəsinin genişləndirilməsi, təqdim olunan xidmət növlərinin sayının artırılması və ən son, qabacıl texnologiyaların tətbiqi ilə yanaşı yayımlanan  TV kanalların sayını da mütəmadi olaraq artırmaqdadır.  Bu ənənəyə sadiq qalaraq, yaxın günlərdə Ailə TV abunəçilərinə, 170-dən orijinal keyfiyyətdə TV kanal əlavə 15 full HD və 4 yeni Ailə TV Kinozal kanalı da təqdim olunacaq.