Friday, December 28, 2012

Bayram günləri bütün “Ailə TV” paketləri pulsuz yayımlanacaq


"Ailə TV" kabel televiziyası operatoru, xalqımızı qarşıdan gələn Yeni, 2013-cü il münasibəti ilə təbrik edir və onları ailəyə daha yaxın olmağa dəvət edir. Belə ki, abunəçilər Bayram günləri bütün “Ailə TV” paketlərini pulsuz izləyəcəklər.
Dekabrın 31-dən Yanvarın 2-sinə dək davam edəcək aksiyadan bütün “Ailə TV” abunəçiləri yararlana biləcəklər və beləliklə bayram günləri öz ailələri ilə birlikdə istədikləri telekanlları izləyəcəklər.
"Ailə TV" kabel televiziyası operatoru, bir daha xalqımızın Yenil İlini və Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü ürəkdən təbrik edir, xalqımıza ruzi-bərəkət, firavanlıq və əmin-amanlıq arzulayır.

“Ailə NET” öz fiber optik şəbəkəsini genişləndirir



"SKAY MAKS" MMC (Ailə NET brendinin sahibi) 2011-ci ilin may ayından Ailə NET brendi altında internet provayder xidmətləri göstərir. Azərbaycanda ilk dəfə, məhs Ailə TV abonentləri genişzolaqlı fiber optik texnologiya əsasında internetə çıxış əldə ediblər.
Aparılan işlər nəticəsində əhatə dairəsinə Nizami, Xətai, Yasamal, Binəqədi, Nərmianov və Suraxanı rayonlarını daxil edən şirkət, qısa vaxt ərzində, bu ərazilərdə öz şəbəkəsini qurub. Gəncə şəhərində də fəaliyyət göstərən Ailə NET internet provayderi, burada da öz əhatə dairəsini genişləndirərək, genişzolaqlı internet xidməti göstərir.
Əhatə dairəsini genişləndirən “Ailə NET”,  abunəçilərə güzəştli tariflər də təqdim edir. Belə ki, 2 Mbit\s sürətə malik internet “Ailə TV” abunəçiləri üçün sadəcə 9 AZN təşkil edir.
Azərbaycanda fiber optik bazada genişzolaqlı, yüksəksürətli internet qoşulma həyata keçirən “Ailə NET”, 2013-cü ilin sonuna qədər Bakı şəhərinin bütün ərazilərini genişzolaqlı fiber optik internetlə təmin etmək hədəfini öz qarşısına qoyub. Bundan başqa, bu sahədə ən son texnologiyaların tətbiqi və göstərilən xidmət səviyyəsinin yüksəldilməsi “Ailə TV” şəbəkəsinin inkişafının əsas istiqamətlərini müəyyənləşdirir.
“Ailə TV” şəbəkəsinə daxil olan “Ailə NET” internet provayderi, xalqımızı qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik edir. Xalqımıza xoş güzəran, ruzi-bərəkət və əmin-amanlıq arzulayır.

Friday, December 21, 2012

"Ailə TV" abunəçilərinə Yeni il qabağı 82 diaqonallıq LCD televizor hədiyyə edib



Dekabrın 20-də "Ailə TV" abonentləri üçün təşkil olunan "Ailəyə qoşul, LCD televizor qazan" stimullaşdırıcı lotereyasının növbəti tirajı keçirilib.
Kabel televiziyası operatoru 10 abunəçisinə 82 diaqonallıq LG markalı LCD televizor hədiyyə edilib. Lotereya verilişlərinin çəkilişindən dərhal sonra Ailə TV-nin əməkdaşları abonentlərin evlərinə gedərək hədiyyələri qaliblərə təqdim ediblər.
Lotereya oyunu zamanı “Ailə TV”-nin rəqəmsal qəbuledicisinin daxilində olan "SMART" kartın unikal nömrəsinin son 5 rəqəmi lotereya biletində seriya nömrəsinə bərabər məlumat daşıyıcısı hesab olunub. Lotereyada rəqəmsal yayımı izləyən abunəçilər və yeni rəqəmsal dəsti əldə etmiş müştərilər, eyni zamanda, HD yayım və rəqəmsal yayıma "CAM Modul" üzərindən qoşulan abunəçilər iştirak ediblər. Tirajda 9000-dən çox lotereya bileti oynanılıb.
Qeyd edək ki, "Ailə TV" artıq dördüncü ildir ki, abonentləri arasında müxtəlif stimullaşdırıcı lotereyalar keçirir. "Ailəyə qoşul, LCD televizor qazan" lotereyası Ailə TV-nin rəqəmsal paketinin bütün abunəçiləri LCD televizor sahibi olana qədər davam edəcək.
Builki lotereya verilişi dekabrın 21-də "Ailə TV Kinozal" telekanalında nümayiş olunacaq.

Tuesday, November 6, 2012

Caspian Telecom-dan yeni korporativ 3G texnologiya



Korporativ müştərilərə şəbəkə xidmətlərinin göstərilməsi ilə məşğul olan Caspian Telecom şirkəti, korporativ şəbəkəyə qoşulmalarda yeni, 3G texnologiyanı təqdim edir. Baku Tel-2012 İnformasiya və Telekommunikasıya Texnologiyaları sərgisində nümayiş olunacaq texnologiya, banklar, sığorta şirkətləri, mağaza şəbəkələri, universitetlər və coğrafi olaraq biri-birindən uzaqda yerləşən filillara malik şirkətlərə faydalı ola bilər.
          Korporativ 3G texnologiyasından istifadə edən şirkətlər bir sıra üstünlüklər qazanırlar ki, bunların içində yüksək məhsuldarlığın və təhlükəsizliyin təmin olunmasını və müştərilərə keyfiyyətcə yeni səviyyədə xidmətin göstəriləməsini göstərmək olar. Bu da son nəticədə şirkətin rəqabətə davamlılığının və gəlirlərinin artmasına səbəb olur.
          Azərbaycanda ilk belə sistem olan, Caspian Telecom-un korporativ 3G xidməti, şirkətlərə uzaqda və coğrafi cəhətdən cətin keçimli yerlərdə yerləşən filialları ilə məlumat mubadiləsini təmin etməyə imkan verir və kabelin çəkilməsi məqsədə uyğun olmadığı hallarda alternativ variant kimi istifadə olunur. Qeyd edək ki, bu texnologiya sərgi, konsert və ya idman tədbirlərinin təşkilində müvəqqəti şəbəkəyə ehtiyyac olan zaman alternativi olmayan bir texnologiyadır.
          Simsiz 3G modem vasitəsi ilə, virtual şəbəkəyə qoşulduqda, təhlükəsiz VPN qoşulma yaranır və İP paketlərin şifrlənməsi ilə yollanan məlumatın tam təhlükəsizliyi təmin olunur.
Sistemin istifadəsindən olan fayda və ona çəkilən xərcin nisbəti, 3G texnologiyalarda maraqlı olan şirkətlərin bu texnologiyadan geniş istifadə etməsinə əsas yaradır. Bunu nəzərə alan, Caspian Telecom şirkəti, Azərbaycanda ən sərfəli qiymətlər təklif edir və artıq ölkəmizin bir neçə kommersiya bankı bu texnologiyanın test rejimində tədbiqinə başlayıb.
          Qeyd edək ki, Azərbaycanda İKT sektorunda qabaqcıl şirkətlərdən biri olan Caspian Telecom, 2010-cu ildən Ailə TV şəbəkəsinə daxildir. Respublikada geniş fiber optik şəbəkəyə malik olan şirkət, ölkəmizdə 18-ci dəfə keçiriləcək və noyabrın 6-dan 9-na kimi davam edəcək,  BakuTel-2012 İnformasiya və Telekommunikasıya Texnologiyarı sərgisində iştrak edəcək.


  Ailə TV Mətbuat Xidməti

Wednesday, April 4, 2012

“Ailə-yə qoşul LCD TV qazan” lotoreyası davam edir

Azərbaycanın ilk rəqəmsal kabel televiziyası operatoru olan “Ailə TV” “Ailə-yə qoşul LCD TV qazan” lotoreyasının davam etdiyini bildirir. Qeyd edək ki, müddətsiz olaraq həyata keçirilən lotoreya bütün rəqəmsal yayım abunəçilərinə 10 ədəd LCD TV televizor qazanmaq imkanı verir. Məlumat üçün bildirək ki, lotoreyada rəqəmsal yayımı izləyən abunəçilər və yeni rəqəmsal dəsti əldə etmiş müştərilər və eyni zamanda HD yayım və rəqəmsal yayıma CAM modul üzərindən qoşulan abunəçilər iştirak edirlər.

Lotoreyanın şərtlərinə əsasən, davamlı olaraq hər il keçiriləcək lotoreyada hədiyyə qazanmayan abunəçilər növbəti tirajda iştirak edəcəklər. Aksiyanın keçirilmə qaydalarına uyğun olaraq, artıq rəqəmsal yayımı izləyən abunəçilər və bu xidmətə qoşulan yeni abunəçilərin rəqəmsal dəstində olan Smart card-ın unikal nömrəsinin

Sunday, February 26, 2012

“Ailə TV” kabel televiziyası ödənişlərin həyata keçirilməsini rahatlaşdırmaq üçün ödəniş kartı tətbiq etməyə başlayıb.

“Ailə TV” Kabel televiziyası operatoru öz ənənələrinə sabiq qalaraq, Azərbaycanda daha bir ilkə imza atıb. Belə ki, “Ailə TV” xidmət haqlarının ödənilməsini rahatlaşdırmaq məqsədi ilə “ödəmə kartları” tətbiq etməyə başlayıb. Kartlar artıq satışa çıxarılıb.

Ödəmə kartları vasitəsi ilə həm analoq, həm də rəqəmsal yayım üçün ödənişlər həyata keçirmək mümkündür. Ödəmə kartlarının qiymətləri “Ailə TV”-nin təklif etdiyi televiziya yayımı paketlərinin qiymətinə uyğundur. Kartların qiyməti 9 manatdan başlayır, 11, 12, 13, 14 və 17 manata qədər dəyişir. Əgər abonent “Sport” paketini və ya digər paketi aktivləşdirmək istəyirsə, buna müvafiq olaraq ödəmə kartı ala bilər. Ödəmə kartının seriya nömrələri bazaya qeyd olunduqdan sonra,

Gəncə sakinləri genişzolaqlı optik internet xidmətlərindən istifadə edəcəklərGəncə sakinləri genişzolaqlı optik internet xidmətlərindən istifadə edəcəklər

Azəraycanın ilk rəqəmsal kabel televiziyası operatoru Ailə TV Gəncə şəhərində öz fəaliyyətini genişləndirir. 2011-ci ildən etibarən Gəncə şəhərində fəaliyyətə başlayan Ailə TV oktyabr ayından etibarən ilk qoşulmalar həyata keçirib. Gəncə şəhərində Ailə TV şəbəkəsi qısa vaxt ərzində bir sıra uğurlara imza atıb. Belə ki, hazırda Yeni Gəncə massivində və Mahrasa bağı adlanan ərazidə əhaliyə yüksək keyfiyyətli kabel televiziyası xidmətləri göstərilir. Yaxın zamanlarda Gülüstan qəsəbəsində də sakinlər Ailə TV-nin xidmətlərindən yararlana biləcəklər.

Hazırda Gəncə şəhərində ikinci filialın açılması istiqamətində işlər aparılır. Ailə TV-nin Yeni Gəncə filialının rəhbəri Elçin Səfərovun sözlərinə görə, şəhərdə ikinci filialın yaradılması işi artıq tamamlanmaq üzrədir. Belə ki, ikinci filialın açılması və şəhərdə Ailə TV şəbəkəsinin genişlənməsi üçün kifayət qədər investisiya yatırılıb və işlər görülüb.

Thursday, January 12, 2012

“Ailə NET” internet provayderi növbəti iki il ərzində Bakının bütün ərazilərini genişzolaqlı internetlətəmin edəcək

“Ailə TV” şəbəkəsinin yeni qolu olan “Ailə NET” internet provayderi Bakı şəhərinin bütün ərazisini genişzolaqlı fiber optik İnternetlə təmin edəcək. Cənubi Qafqaz regionunda ilk dəfə olaraq Bakı şəhərində fiber optik kanal üzərindən birbaşa mənzillərə genişzolaqlı internet xətləri çəkilməsi işinə başlanılıb. Bu cür iri həcmli layihənin həyata keçirilməsini məhz “Ailə NET” İnternet provayderi öz üzərinə götürüb.

Monday, January 2, 2012

Yeni il təbriki!

Hörmətli dostlar!

Sizi qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, hər birinizə uzun ömür, cansağlığı və firavan həyat arzulayırıq. Arzu edirik ki, qarşıdan gələn 2012-ci il hər biriniz üçün uğurlu olsun.

Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız həmrəylik gününü qeyd edirlər. “Ailə TV” şəbəkəsinə daxil olan şirkətlər – “Ailə TV” Kabel televiziyası operatoru, “Ailə NET” İnternet provayderi, “A-Media” Reklam Agentliyi və “Caspian Telecom” şəbəkə provayderi Dünya Azərbaycanlılarının Həmrəyliyinə böyük önəm verir